Saytlar hazırlamağı bacarmaq istəyirsiniz?

Biz sizi ÖDƏNİŞSİZ oyrədərik!
Ətraflı məlumat əldə etmək üçün asağıdakı keçidə klikləyin
Daha ətraflı Bildirişi gizlət
Dərs 1

Tədrisə başlayarkən

10 noyabr

Bu sayt kimlər üçün nəzərdə tutulub? Saytlar hazırlamağı öyrənmək istəyənlər üçün, sadəcə saytlara marağı olanlar üçün, bacarıq əldə edib işləmək istəyənlər üçün - bir sözlə hamı üçün. Burada olan və olacaq bütün təlim kursları tamamilə pulsuzdur. Heç bir abunəlik haqqı, təhsil haqqı ödəməyəcəksiniz - sadəcə istənilən an dərslərə başlaya bilərsiniz. Dərslər periodik olaraq yayımlanacaq. Dərslər ardıcıllıqla kiçik məqalələr formasında olacaq və hər dəfə əvvəlki məqalələrin ardını davam edəcək. Hər hansısa bir sualınız olsa, çalışarıq ki, hər bir dərsin şərhlər bölməsində suallarınızı cavablayaq.


Saytlar necə hazırlanır?

Saytları bir neçə yolla, müxtəlif proqramlaşdırma dillərini istifadə edərək hazırlamaq olar. Saytların əksəri HTML, CSS və PHP dillərindən istifadə olunmaqla hazırlanıb. Bu nə deməkdir?


HTML (Hypertext Markup Language) – hipermətn nişanlama dilidir. HTML proqramlaşdırma dili deyil, bu dil saytın xarici görünüşünü inşa etmək üçün nəzərdə tutulub. Məsələn, hal hazırda oxuduğunuz mətn HTML vasitəsi ilə hazırlanıb. Saytda olan hər bir element, keçid, söz, şəkil, blok HTML vasitəsi ilə hazırlanıb.


HTML necə işlədilir?

HTML dili xüsusi teqlərdən ibarətdir. Teqləri ardıcıllıqla yazaraq xüsusi HTML mətni əldə edə bilərik. Teqlər hara yazılır və necə yazılır? İkinci dərsə bunun haqqında ətraflı məlumat əldə edə bilərsiniz.


CSS (Cascading Style Sheets) – formal təsvir dilidir. Bu dil HTML üçün köməkçi dildir. CSS dilində hazırlanmış sənədi HTML faylı ilə birgə işlədərək saytı bəzəmək mümkündür. Məsələn, hal-hazırda oxuduğunuz mətn üçün Open Sans şrifti təyin edilib. Bundan əlavə, sətrlər arası interval təyin olunub və mətnin rəngi qara deyil, tünd boz rəngdədir.


Qısaca desək, fərz edin ki, bir bina tikilir. Binanın bünövrəsi, sütunları, tavanları, mərtəbələri, divarları HTML vasitəsi ilə hazırlanıb. Binanın xarici görünüşü, məsələn, istifadə olunan materiallar, onların rəngi, otaqlardakı divar örtükləri, döşəmələr, qapılar, bir sözlə, bəzəklər CSS vasitəsi ilə hazırlanıb.


Biz sizinlə ilk öncə HTML dilini öyrənməklə başlayacayıq. HTML dili üzrə dərslərimiz periodik olaraq saytımızda dərc ediləcək. Sağdakı ilk blokda (“Tədris planı”) dərslərin gedişatını izləyə bilərsiniz. Orada hansı dərslərin mövcud olduğunu, hansıların isə hələ də hazırlandığını izləyə bilərsiniz. Hər həftə saytımıza (www.codepoint.club) daxil olaraq yeni dərslərin dərc olunub olunmamadığını izləyə bilərsiniz.


Qısaca desək, fərz edin ki, bir bina tikilir. Binanın bünövrəsi, sütunları, tavanları, mərtəbələri, divarları HTML vasitəsi ilə hazırlanıb. Binanın xarici görünüşü, məsələn, istifadə olunan materiallar, onların rəngi, otaqlardakı divar örtükləri, döşəmələr, qapılar, bir sözlə, bəzəklər CSS vasitəsi ilə hazırlanıb.


Hər hansısa sualınız varsa, şərhlər bölməsində sualınızı yaza bilərsiniz.