Saytlar hazırlamağı bacarmaq istəyirsiniz?

Biz sizi ÖDƏNİŞSİZ oyrədərik!
Ətraflı məlumat əldə etmək üçün asağıdakı keçidə klikləyin
Daha ətraflı Bildirişi gizlət
Dərs 2

Ön söz

12 noyabr

HTML (Hypertext Markup Language) – hipermətn nişanlama dilidir. HTML proqramlaşdırma dili deyil, bu dil saytın xarici görünüşünü inşa etmək üçün nəzərdə tutulub.


HTML faylları, hər bir dilə məxsus olduğu üçün, öz şərti sözlərindən və qaydalarından ibarətdir. HTML fayllarında sözlər əvəzinə teqlərdən istifadə olunur. Teq - hər hansı bir elementin səhifədə necə göstəriləcəyini təyin edən komandadır. Brauzer isə bu komandanı oxuyub, lazımi qaydada elementləri istifadəçiyə göstərir.


Hər bir brauzerin məqsədi HTML kodunu düzgün oxuyub, istifadəçiyə gərəkən məlumatları təqdim etməkdir. Brauzerlər istifadəçiyə HTML teqləri göstərmirlər, onlar sadəcə bu teqləri qaydalar kimi istifadə edirlər.


Teqlər 2 cür olur: cüttək (boş). Ən çox cüt teqlərə rast gəlmək olar. Cüt teqlərdə ilkin teq açılış teqi, ikinci teq isə bağlanış teqi olur. Bu nə üçün lazımdır? Açılış teqi brauzerə qaydanın harada başladığını, bağlanış teqi isə qaydanın harada bitdiyini bildirir.


Gəlin baxaq, cüt teqlər tək teqlərdən nə cür fərqlənir:


Cüt teqin strukturu

<teq>Teqin məzmunu</teq>


Nəzərinizə çatdırım ki, bütün teqlər bucaqlı mötərizələr ilə işarələnir. Teq başlayarkən bu işarəni: <, bitərkən isə > işarəsini istifadə edirik. Bağlanış teqinin açılış teqindən fərqi ondadır ki, bağlanış teqində / (sleş) işarəsindən istifadə olunur.


Nümunədə gördüyünüz kimi açılış teqi <teq> kimi, bağlanış teqi isə </teq> kimi göstərilib. HTML-ə yeni başlayanların ən çox etdikləri səhv bağlanış teqində / (sleş) işarəsini qoymamalıdır. Bu isə bütün faylın səhv oxunmasına gətirib çıxarır.


Tək teqin strukturu

Tək teqin xüsusiyyəti odur ki, onlar bağlanış teqi tələb etmir, və heç bir məzmun daşımırlar.


<teq>Teqə aidiyyatı olmayan hər hansısa bir məzmun


Baxmayaraq ki, teqlər registrə həssas deyillər (teqləri həm <teq> kimi, həm də <TEQ> kimi yaza bilərsiniz), sizə məsləhət görərdim ki, bütün teqlər kiçik hərflərlə yazasınız.


Sadə HTML faylın nümunəsi

<!DOCTYPE html>
<html>
<head>
<title>Səhifənin başlığı</title>
<meta charset="utf-8">
</head>
<body>
<h2>Başlıq</h2>
<p>Bu yeni abzasdır.</p>
</body>
</html>


İndi isə yuxarıdakı HTML fayl nümunəsini incələyək:


!DOCTYPE html deklarasiyadır. Bu teq faylın formatını brauzerə bildirir, tək teqdir və bütün teqlərdən fərqlənir: bu teq nida işarəsi ilə başlayır və DOCTYPE sözü böyük hərflərlə hazılıb. Bunu istisna kimi qəbul edə bilərsiniz. Deklarasiyanın mənası odur ki, brauzerə HTML sənədimizin versiyasının 5 olduğunu bildirək. 5 rəqəmi olmasada, teqin özü bunu brauzerə bildirir. HTML5 - ən yeni HTML sənəd versiyasıdır. Yadda saxlayın ki, deklarasiya teqi ən birinci teqdir.


İndi isə HTML versiyalarının xronologiyasına nəzər yetirək:


Versiya HTML 1.0 HTML 2.0 HTML 3.2 HTML 4.01 XHTML HTML5
İl 1991 1995 1997 1999 2000 2014

<html></html> teqləri arasında olan mətn brauzerə xəbər edir ki, HTML sənədi <html> teqindən sonra başlayır və </html> teqindən əvvəl bitir. Ən əsas teqdir və bütün başqa teqlər bu teqin içərisində yerləşdirilməlidir.


<head></head> başlıq teqləridir. Bu teqin içərisində sənəd haqqında əsas məlumatlar yerləşdirilir. <head> teqinin içərisində yerləşdirilmiş <title> teqi brauzerə sənədin ümumi adı haqqında məlumat verir. <title> teqi ilə yanaşı <head> teqinin içərisində həmçinin <meta charset="utf-8"> teqi yerləşdirilib. Bu teq təkdir və brauzerə kodlaşdırılma haqqında məlumat verir. Bu o deməkdir ki, sənədimiz Unicode kodlaşdırılması ilə oxunmalıdır, əgər bu kodlaşdırılma və teq olmasa, Azərbaycan dilinin ə, ö, ş, ü, ç, ı, ğ hərfləri qeyri-korrekt göstəriləcəkdir.


<body></body> teqləri arasında səhifənin istifadəçiyə görünən hissəsi yerləşdirilib. Yanı səhifədə nə məlumat göstərilməlidirsə bu teqlərin arasında yerləşdirilməlidir.


<h2></h2> teqləri arasında başlıq yerləşdirilib. H2 (heading level 2) ikinci səviyyəli başlıq teqidir, cüt teqdir. Bu teq vasitəsi ilə səhifədəki başlıqları qalın və daha iri şriftlə göstərə bilərsiniz. Cəmi 6 başlıq teqi var: h1, h2, h3, h4, h5, h6. Ən irisi h1, ən xırdası isə h6 teqidir.


<p></p> teqləri paraqraf (yeni abzas) teqləridir. Bu teqlərin daxildi sadə mətn yerləşdirmək olar.


Aşağıda səhifənin nə cür görsəndiyini görə bilərsiniz:



Diqqət

Soruşa bilərsiniz ki, bu teqlər harada və necə yazılır, HTML sənədlər necə olur. Gələcək dərslərimiz üçün kompyuterinizdə yeni bir qovluq (folder) yaradın, məsələn, "HTML dərsləri". İstənilən yerdə yerləşdirə bilərsiniz. Bu qovluğun içərisində siz öz HTML fayllarınızı yerləşdirib, saytlar yaratmağı öyrənəcəksiniz.


Qovluğu yaratdıqdan sonra standart Notepad (Bloknot) proqramını açın. Bloknotda həmən HTML kodunu daxil edin:



Daha sonra isə Файл - Сохранить как... seçin. Yeni açılmış pəncərədə sizə faylın adını və kodlaşdırılmasını seçmək təklif olunacaq. Faylı HTML dərsləri üçün yeni yaratdığınız qovluqda yaddaşa vermək istədiyinizdən əmin olduqdan sonra, faylın adı xanasına 1.html yazın. Mütləq əmin olun ki, faylın adı 1.txt yox, 1.html.txt yox, məhz 1.html-dir. Daha sonra isə Кодировка xanasında Юникод seçin və yaddaşa vermək üçün Сохранить düyməsini basın:



İndi isə HTML faylını oxumaq üçün onu brauzer vasitəsi ilə açaq:



Hər hansısa sualınız varsa, şərhlər bölməsində sualınızı yaza bilərsiniz.