Saytlar hazırlamağı bacarmaq istəyirsiniz?

Biz sizi ÖDƏNİŞSİZ oyrədərik!
Ətraflı məlumat əldə etmək üçün asağıdakı keçidə klikləyin
Daha ətraflı Bildirişi gizlət
Dərs 4

Atributlar

28 noyabr

Atributlar brauzerə teqlər haqqında daha dolğun məlumat verir, və hər zaman teqin daxilində yerləşdirilir.


W3C (Dünya Səviyyəsində Şəbəkə Birliyi, ing. World Wide Web Consortium - ya da qısaca W3C) məsləhət görür ki, atributlar da teqlər kimi aşağı reqistrdə (kiçik hərflərlə) yazılsın: atribut="dəyəri". Hər bir teqin məhdudsuz sayda atributu ola bilər, bu şərtlə ki, onlar ancaq və ancaq boşluq ilə ayrılacaqdırlar.


Diqqət!
Keçən dərsdə bəhs etdiyim kimi, bir neçə teqlər atributsuz heç bir məna daşımırlar. Bundan əlavə bir nüans daha var: bəzi teqlər üçün atributlar vacib olsa da, onları qeyd etməsək də olar. Bu halda brauzer tərəfindən atributun standart dəyəri nəzərə alınır.


Atributun dəyəri ya tək dırnaq işarəsi ilə ', ya da ki cüt dırnaq işarəsi ilə " bildirilməlidir. Amma dəyərin özü dırnaq işarəsi içərirsə, atribut üçün əks dırnaq işarəsi işlənməlidir. Məsələn:


Normal atribut (cüt dırnaqla): <teq atribut="dəyəri">

Normal atribut (tək dırnaqla): <teq atribut='dəyəri'>

Atributun dəyəri tək dırnaq işarəsi içərir: <teq atribut="hər 'hansısa' bir dəyər">

Atributun dəyəri cüt dırnaq işarəsi içərir: <teq atribut='hər "hansısa" bir dəyər'>


Qısaca desək, dırnaqlar konflikt yaratmalı deyil. Gəlin <p> teqinin title atributuna nəzər yetirək. Bu atribut mouse-u paraqrafın üzərinə yönləndirərkən yaranan təsviri təyin edir:


<!DOCTYPE html>
<html>
<head>
<title>Təsvir</title>
<meta charset="utf-8">
</head>
<body>
<p title="Qara Əbülfəz oğlu Qarayev (1918–1982)">Azərbaycan bəstəkarı Qara Qarayev fotoqrafiya həvəskarı olub.</p>
</html>


Nəticə:


Nəticə


Universal atributlar

HTML-də həmçinin universal atributlar (qlobal atributlar) mövcuddur. Bu atributlar demək olar ki, hər bir teq üçün istifadə oluna bilər.


Qlobal atributlara növbəti dərslərimizdə tez-tez rast gələcəyimizə görə, aşağıdakı cədvəldə əsas qlobal atributlara diqqət yetirə bilərsiniz.


Atribut İzahı
dir Mətnin yönləndirilməsini təyin edir.
id Teqin unikal identifikatorunu təyin edir. Hər bir HTML faylında hər bir identifiaktor yalnız bir dəfə işlənilə bilər.
lang Teqdəki mətnin dilini təyin edir.
style Elementlərin stilini təyin edir.
title Mouse-u teqin üzərinə yönləndirərkən yaranacaq təsvirin mətnini təyin edir.

Tapşırıqlar

Əldə edilmiş HTML biliklərinə əsasən aşağıdakı şəkildəki səhifəni hazırlayın:

Tapşırıq